Bakıda 50 yaşlı qadını avtomobil vurdu

24
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Vəliyeva Mehparə Vəli qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əziyi diaqnozu qoyulub.