Oğul atasını döydü

    6

    Bakıda 40 yaşlı kişi öz atasını döyüb.
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Bakı şəhər sakini 1948-ci il təvəllüdlü G.Xalıqov polis bölməsinə müraciət edərək məlumat verib.
    O deyib ki, martın 10-da saat 14 radələrində M.Hadi küçəsində oğlu 1976-cı il təvəllüdlü Həsənpaşa ilə mübahisə edib. G.Xalıqov bildirib ki, oğlu Həsənpaşa onu yumruq və təpiklə vuraraq döyüb. Araşdırma aparılır.