Bakıda 20 yaşlı oğlan 26 yaşlı oğlanın ürəyinə bıçaq zərbəsi endirib – 50 MANAT BORCA GÖRƏ

177

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

26 yaşlı Musayev Orxan Elçin oğlu 20 yaşlı Cərullayev İmran Rasim oğlu tərəfindən ürəyindən bıçaqlanıb. Orxan Musayev qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Həkimlərin müdaxilə etməsinə baxmayaraq, 26 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Rasim Cərullayev Suraxanı rayon Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hurriyyet.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Orxan Musayev İmran Cərullayevdən 50 azn borcunu geri almaq istəyib. Nəticədə aralarında yaranmış mübahisə nəticəsində İmran Cərullayev Orxan Musayevin ürək nahiyəsinə bıçaq zərbəsi endirib.

Faktla bağlı cinayət işi açılıb.