Bakıda 2 avtomobil toqquşdu – ÖLƏN VAR

15

Bakı şəhəri, Xətai rayonu ərazisində iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, mayın 17-də saat 21 radələrində Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub.

Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.