Bakıda əsgərlərə dəstək aksiysına deputatlar da qoşuldu -FOTOLAR

222

Bakıda orduya dəstək aksiyası davam edir. Bu gün də onlarla gənc cəbhəyə təkər göndərmək üçün başladılan aksiyaya qoşulub.

Musavat.com zəbər verir ki, bir qrup şəxsin təşkil etdiyi aksiya çərçivəsində artıq 100-dən çox yük maşınına təkər yığılaraq cəbhənin müxtəlif istiqamətlərinə göndərilib.

Hazırda təkərlərin yığıldığı ərazinin sahibi olan naxçıvanlı iş adamı Elşən İbrahimov daha 300 min ədəd təkəri orduya ianə etdiyini deyib. Daha əvvəl isə 200 min təkər ianə etmişdi.

Aksiyanın təşkilatçısı Elnur Əliyev Musavat.com-a bildirib ki, hazırda bir neçə deputat da aksiyaya dəstək olub.

Adil Əliyev, Əminə Ağazadə, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Elnur Allahverdiyev, Nigar Arpadarai və digər deputatlar həm yük maşınlarının ödənişinə, həm də təkər yığımında iştirak edənlərin yemək, su və digər ehtiyaclarını qarşılamağa dəstək olublar.

Bu günə qədər cəbhənin müxtəlif istiqamətlərinə 80 ədəd TIR yüklənərək göndərilib. Daha 30-40 fərqli yük maşınları da təkərlər yüklənərək cəbhəyə yola salınıb.

Təşkilatçı Elnur Əliyev bildirib ki, deputatlarla yanaşı bir çox dövlət qurumları, özəl şirkətlər, həkimlər, polislər, ədliyyə işçiləri də aksiyaya müəyyən formalarda dəstək olublar.

İlkin Muradov
Fotolar müəllifiindir
Musavat.com