Bakı Nəqliyyat Agentliyi beynəlxalq yol-nəqliyyat nişanı üzərinə öz adını yazdırıb.
Hurriyyet.org demokrat.az-a istinadən xəbər verir ki, həmin yol nişanı Bakının Səbail rayonu, Lermantov küçəsində – Nazirlər Kabinetinin binası qarşısında yerləşdirilib.
Sözügedən beynəlxalq yol nişanına Bakı Nəqliyyat Agentliyi tərəfindən əlavələrin edilməsi sürücülər tərəfindən narazılıqla qarşılanıb.
Sürücülər bunu ayrı-seçkilik kimi qiymətləndirirlər.