Bakı metrosunda tibbi maska satan şəxs saxlanıldı

3

“Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb”. 

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayon sakini, 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati xətalar məcəlləsinin 454-cü maddəsinin (qanunsuz küçə ticarəti, bu halda qayda pozucusu 80 manat cərimələnir) tələblərinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub./oxu.az/