Bakı metrosunda PROBLEM – Sərnişinlər vaqonlardan çıxarıldı

    6

    Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.

    Hurriyyet.org bildirir ki, bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

    Onun sözlərinə görə, hadisə “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb.