Bakı məhkəməsində qadın hakimi döymək istədi – İNSİDENT

    27

    Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərən Təhminə Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Hurriyyet.org Teleqraf.com -a istinadən xəbər verir ki, Təhminə Səfərovanın barəsində olan cinayət işi Sabunçu rayon Məhkəməsində hakim Mehriban Qarayevanın icraatına verilib.

    Məhkəmənin hazırlıq iclası yaxın günlərdə açıqlanacaq.

    Qeyd edək ki, bu il fevralın 21-də Sabunçu rayon Məhkəməsində insident baş verib. Təhminə Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

    Oğurluqda təqsirləndirilən Orxan Səfərovun anası Təhminə Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib.

    Qadın hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər Təhminə Səfərovanı zaldan çıxarıblar.

    Daha sonra Sabunçu rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb, qadının barəsində Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürüb.

    Lakin qadın həmin gün evə buraxılıb, onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    Təhminə Səfərovanın psixi problemlərinin olduğu bildirilir.