Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərildi

    6

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.

    Hurriyyet.org xəbər verir ki, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.

    1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 – 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 – 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 – 2011) hakimi olub.