Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

    3

    Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.

    Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.

    Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.