Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu, tıxac yarandı – FOTO

    12

    Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

    Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

    Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

    Hazırda həmin yolda böyük tıxac var.