Bakı-Şamaxı yolunda qəza olub, ölən və yaralananlar var

54

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14.00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan qadın dünyasını dəyişib, 2 uşaq isə yaralanıb.