Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlandı

45

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, “Birinci Mədən” adlanan ərazidə qeydə alınıb.

1978-ci il təvəllüdlü Ramil Bayramov yaşadığı evin kənarında tanımadığı şəxslə mübahisə zəminində bir neçə bıçaq zərbəsi alıb. Yaralı  ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.