Bakı sakini silah-sursatla, Cəlilabad sakini narkotiklə tutuldu

234

Bakı sakinində silah-sursat, Cəlilabad rayon sakinində isə narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, narkotik vasitə ilə tutulan H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə ona məxsus yardımçı təsərrüfata baxış zamanı isə oradan da əlavə 5 kq-dan artıq marixuana götürülüb.