Bakı sakini naməlum şəraitdə bıçaqlandı

231

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Babaqayıb oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.