Bakı şəhəri üzrə muzdlu işçilərin əməkhaqqı 984 manat olub

93

 

Yanvar-may aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 87 min 608 nəfər artaraq 849 min 78 nəfər olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 19,8 faiz artaraq 984 manat təşkil edib.