Bakı-Qazax yolunda qəza: yaralılar var

    24

    Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan iki xəsarət alıb. Yaralılar – 1987-ci il təvəllüdlü Əmirov Anar Əfqan oğlu və 1984-cü il təvəllüdlü Adıgözəlova Günel Gülağa qızı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdıma aparılır.