Bakı polisindən əməliyyat: narkotacirlər saxlanıldı

45

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Hurriyyet.org-un məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zaman şəhər sakini, 1996-cı il təvəllüdlü X. Hüseynov saxlanılıb.

Ondan 0,296 qram heroin, 1,551 qram metamfetamin aşkar edilib.

Nəsimi Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü R. Səfərov saxlanılıb. Ondan 4,707 qram heroin aşkar edilirək götürülüb.

Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1984-cü il təvəllüdlü R. Həşimovdan 3,171 qram metamfetamin, 1987-ci il təvəllüdlü R. Əhmədovdan isə 1,408 qram heroin və 0,287 qram metamfetamin aşkar edilib.

Hər 4 fakt üzrə araşdırma aparılır./apa/