Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri sosial şəbəkələri bir-birinə vurdu – VİDEO

222

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlaması sosial şəbəkələri necə deyərlər, bir-birinə vurub.

Modern.az 
xəbər verir ki, taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan H.Babayevin taksidən istifadə etməyin hər adam üçün əlçatan olmasına qarşı çıxması ciddi tənqidlərə tuş gəlib.

”Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil” deyən BNA-nın şöbə müdiri bildirib ki, taksidən istifadə etmək  əvvəlki dönəmlərdəki kimi müəyyən imkanlara bağlı olmalıdır. O, dolayısı ilə adi insanların taksidən deyil, yalnız avtobuslardan istifadə etməli olduğunu, taksiyə isə yalnız imkanlı sərnişinlərin minməli olduğunu vurğulayıb:

“Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma (avtobusları nəzərdə tutur-red.) mövcuddur”.

Tanınmış iqtisadçı ekspeert Rövşən Ağayev Bakı Nəqliyyat Agentliyinin rəsmi şəxsinin bu cür açıqlama verməsini adi insanlara qarşı həqarət kimi qiymətləndirib. İqtisadçı “”taksinin qiyməti ucuz olmamalıdır, taksidən imkanı olanlar istifadə etməlidir” deyən təfəkkür bizi harasa çox qeyri-müəyyən, amma zülmət olduğuna şübhə qalmayan bir yerə dartıb aparır” deyə etirazını ifadə edib.

Jurnalist Xaqani Səfəroğlunun BNA rəsmisinin açqıalamsına reaksiyası ironik olub:

“Taksiyə minmək istəyənlərin bankda 1000 dollar depoziti olmalıdır. BNA da pul qəbzini təsdiq etməlidir. Ya da fəhlə, sən də özünü insanmı sanırsan?”.

 

 

VIDEO