Bakı Nəqliyyat Agentliyi də əlillərin hüquqlarını tanımır

513

Qarabağ qazisinə qanunsuz cərimə tətbiq edilib

BNA-YA “dur” deyən olacaq?

Qanunvericilik, BMT konvensiyası əlillərə geniş hüquqlar verir. Di gəl, qanunvericiliyin tələblərinə çox vaxt əməl edilmir. Özəlliklə,kommunal,  nəqliyyat, rabitə xidmətləri yarıtmaz olduğu qədər, əlillərin hüquqları da tapdalanır. Fikir verin, Qarabağ əlilindən eyni stasionar nömrəyə görə, “Baktelekom”un 2 dəfə çəkiliş haqqı, 2 manat əvəzinə 8 manat aylıq abunə haqqı inhisarçı mövqeyindən yararlanaraq zorla almasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) müavini Elmir Vəlizadə haqq qazandırır ki, 12 il qabaq ƏDV (əlavə dəyər vergisi ) ilə birgə çəkiliş haqqı 120 manat olduğundan,  “xüsusatlar təsdiqini tapmayıb”. Axı, birincisi , xidmət haqqına ƏDV hesablanmır  və ikincisi, lap hesablanması da , 80 manatlıq çəkiliş haqqı məbləğinə 50 faiz  ƏDV hesablana bilməz !Ali dövlət hakimiyyəti orqanlarından, İqtisadiyyat Nazirliyindən NRYTN -ə göndərilən şikayətlər barəsində şikayət edilən nazir müavininə verilir və o da, təbii ki, “dedığım dedığdır” deyibən durur. Artıq rabitə məmuru heç cavab verməkdən də imtina edir ki, illik 3 dəfə cavab vermək “limiti”ni keçib! (?) Əhsən, belə xidmətə!

Bakı Nəqliyyat Agentliyi (BNA) də əlillərin qanunla qorunan hüquqlarını tapdalamaqda davam edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü  yarımbəndinə əsasən 3.2,  3.8-3.30 qadağan işarələrinin qüvvəsi ƏLİLLİYİ OLAN ŞƏXS TANINMA NİŞANINA MALİK AVTOMOBİLLƏRƏ ŞAMİL EDİLMİR . Di gəl, BNA-nın maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri Azər Yusifov  “ əlilliyi olan şəxs “ tanınma nişanına malik 90-UA-377 dövlət nömrə nişanlı “əlil avtomobilinə” qadağan işarəsi olduğu yerdə durduğuna görə,   İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə əsasən 20 manat cərimə tətbiq edib. Avtomobil yiyəsinin şikayətinə   BNA -dan zəng edərək   Qarabağ qazisinin müvafiq sənədlərini istəyib, cərimənin silinəcəyini desələr də, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sehmur Quliyevin imzaladığı məktubla “ fotogörüntülərə əsasən inzibati xətanın təsdiqini tapdığı və tətbiq edilən inzibati tənbehin  ləğvi üçün əsas olmadığı” bildirilib.

Qanunla “əlilliyi olan şəxs” tanınma nişanına malik olan avtomobilə  “durmaq, dayanmaq qadağandır” işarəsinin qüvvəsi  şamil edilmədiyi halda, görəsən, BNA yetkililəri “əlil avtomobili”nə hansı qanunla cərimə tətbiq ediblər? Axı, qaziyə tətbiq edilən “əsaslı” cərimə qadağan işarəsinin tələbinə əməl etmədiyinə görə yazılıb! Hələ ki BNA məmurları da “dedığım dedığdır” deyir. Vay o günə ki, qanunun icrasına nəzarət edən prokurorluq orqanlarının bu “dedığlığa” nəzarət qaydasında “dur!” desin. Onda da “durmaq qadağandır” “dedığı” təkrarlanacaqmı?

M.Ağsu

10.12.2020 07-8943.A-2776