Bakı-Moskva aviareysi ikinci dəfə təxirə salındı – VİDEO – YENİLƏNİB

    6

    "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, uçuşun baş tutmaması onu yerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.

    Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır.

    Xatırladaq ki, aviareys Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiya paytaxtının Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli idi.

    ***

    Bu gün saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın paytaxtı Moskvanın Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli olan 852 saylı avaireys təxirə salınıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin vaxtında uçmaması sərnişinlərin narazılığına səbəb olub.

    Aviaşirkətin rəsmiləri aviareysin yerinə yetirilməməsinin səbəbi barədə məlumat verməsələr də, uçuşun saat 13:00-da yerinə yetiriləcəyini bildiriblər.