Bakı metrosunda polislə sərnişin arasında dava düşdü – YENİLƏNİB / VİDEO

69

Bakı metrosunda polislə sərnişin arasında mübahisənin təfərrüatı bilinib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Sərnişinlə polis arasında yaşanan dava səbəbindən qatarın stansiyadan hərəkətinə icazə verilməyib. Ümumilikdə, qatarların intervalında üç dəqiqəyə qədər gecikmə olub.

Polis əməkdaşları tərəfindən qatardan çıxarılan şəxs barəsində isə İnzibati Məhkəmə tərəfindən qərar çıxarılıb.

***

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.