Bakı metrosu alaq otlarının təmizlənməsinə 81 min manat xərcləyəcək

30

“Bakı Metropoliteni” QSC Nəriman Nərimanov adına elektrik deposunun park və dalan yollarında alaq otlarının təmizlənməsi üçün elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “All Supply” MMC-dir.

Qalib şirkətə 81,4 min manat ödəniləcək.