“Bakı Metropoliteni” QSC-nin vəzifəli şəxsi işdən azad edildi

147

“Bakı Metropoliteni” QSC-nin Hüquq şöbəsinin müdiri Aqil Atakişiyev metropliten rəhbərliyinin qərarı əsasında işdən azad edilib.

Hürriyyet.org-a etibarlı məndən daxil olan məlumata görə, Aqil Atakişiyev işdə verdiyi nöqsanlara, ondan ölkə rəhbərliyinə və metropoliten rəhbərliyinə metro işçilərindən daxil olan şikayətlər əsas götürülərək vəzifədən azad edilib.

Xatırladaq ki, Hurriyyet.org-da Aqil Atakişiyevin vəzifə səlahiyyətlərindən davamlı olaraq sui-istifadə və digər qanunazidd əməlləriylə bağlı materiallar dərc olunub.