Bakı Məhkəməsi erməni hərbi cinayətkarların həbsi haqda QƏRAR VERDİ

438

Bakının Nəsimi Rayon Məhkəməsində Azərbaycanda müharibə cinayətləri və terrorçuluq əməlləri törətmiş ermənilər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb.

Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Muradyan, Ardas Oksuzyan, Qalust Trapizonyan, Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan və Seyran Kocamanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakını məhv etmə), 218-ci (cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.

Hakim Ramin Xəlilov və hakim Elməddin Hüseynovun sədrlik etdiyi iclaslarda təqdimatlar təmin edilib və qiyabi qərar çıxarılıb. \\Virtualaz