Ev Ölkə Bakı küçələrinin “miqalkalı avtoşu” – VİDEO

Bakı küçələrinin “miqalkalı avtoşu” – VİDEO

48

Paytaxt küçələrində qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən, insanların dincliyini pozan sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hurriyyet.org  avtosfer.az-a istinadən xəbər verir ki, 10 RK 497 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda və yerlərdə qaydaları pozur. Maraqlıdır ki, bu görüntüləri həm də sosial şəbəkələrdə paylaşır.

Qeyd edək ki, avtomobilə konstruksiya dəyişikliyi edilib, əlavə avadanlıq quraşdırılıb.