“Bakı ilə bağlı çox qeyri-adi təcrübə yaşamışam”

339
Məşhur Hollivud ulduzundan Azərbaycana dəstək mesajı
Məşhur Hollivud ulduzu Pirs Brosnan Azərbaycana dəstək nümayiş etdirib. Pirs Brosnan “Nərgiz” jurnalına açıqlamasında bildirib:
“Bakı ilə bağlı çox qeyri-adi təcrübə yaşamışam. Hər yerdən neft buruqları görünürdü. Bu qeyri-adi mənzərə idi. Amma mən həm də çox isti qarşılandığımı və evə çoxlu qara kürü ilə qayıtdığımı xatırlayıram. Həmçinin gözəl insanların əhatəsində keçirdiyim xoş axşamlar da yadımdadır”.