Bakı “dirilişə” MÖHTACDIR

171

“Tələbələrin qayıtması ilə paytaxtın kirayə bazarında canlanma başlayacaq”

 

Koronavirus pandemiyası mənzillərin kirayə bazarına ciddi təsir göstərib. Ancaq qonşu ölkələrdən fərqli olaraq, bizdə kirayə evlərin qiyməti azalmır, baxmayaraq ki, tələb, xüsusən də bahalı mənzil seqmentində, nəzərəçarpacaq dərəcədə azalıb.

 

Paytaxtda bu vəziyyət özünü xüsusilə kəskin biruzə verir, çünki şəhər yoluxma və məhdudlaşdırıcı tədbirlərin mərkəzinə çevrilib. Bir çox insanlar işlərini itirib. Digərləri qeyri-müəyyən müddətə ödənilməmiş və ya qismən ödənişli məzuniyyətə göndərilib. Buna görə də insanlar, sadəcə mənzil kirayə götürmək imkanına malik deyillər. Onların bir çoxu özünü təcridetmə rejiminin uzun müddət davam edəcəyinə əmin olaraq, qohumları ilə yaşamağa qərar verib və ya bahalı kirayə evlərini nisbətən ucuzuna dəyişib.

 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin AYNA-ya deyib ki, əgər mənzillərin kirayə bazarını dəyərinə görə, təxminən üç pilləyə bölsək, pandemiya ən bahalı və orta qiymət seqmentinə təsir edib: “Premium səviyyəli daşınmaz əmlaka üstünlük verən icarəçilərin bir neçə ay adi istehlak və alış-veriş rejimində yaşamalarını təmin edəcək iqtisadi planlaşdırma və maliyyə “təhlükəsizlik yastıqları”nda geniş təcrübəsi olsa da, bazarın bu hissəsi, əsasən xarici vətəndaşlar – ölkəyə gələn turistlər və müxtəlif şirkətlərin xarici işçiləri tərəfindən tutulmuşdu. Bununla yanaşı, karantin səbəbindən sərhədlər bağlandı, beynəlxalq tədbirlər təxirə salındı və nəticədə bahalı mənzillər hələ də yaxşı vaxtların yetişəcəyini gözləməli oldu”.

Elnur Fərzəliyev: “Başqa ölkələrdə mənzillərin təmirsiz satılması ...

“Gündəlik və saatlıq kirayə verilən əmlak bazarı da, sərbəst hərəkət məhdudiyyətləri səbəbindən müştərilərin çoxunu itirdi. Axı, belə mənzillər, ilk növbədə Bakıya qısa müddətə gələn turistlər və paytaxt qonaqları arasında populyar idi. Eyni zamanda, yay bağlarına olan tələbatda keçən yayla müqayisədə çox kəskin artım var. Əsasən, yayın sonuna-payızın əvvəlinə qədər bir çoxları ev kirayələmək istəyirlər”, – həmsöhbətimiz bildirib.

 

Fərzəliyev qeyd edib ki, avqust ayında kirayə mənzil bazarı, əvvəlki aylardakı vəziyyətlə müqayisədə bir qədər canlanıb: “Eyni zamanda, ucuz daşınmaz əmlak bazarı yalnız orta qiymət seqmentində mənzillərin icarə müqaviləsini ləğv edən və daha ucuz seçim tapan insanlar sayəsində populyarlıq qazanır. Hal-hazırda mənzil kirayəsi nisbətən ucuzdur, köhnə tikililərdə 300-400 manat dəyərində mənzillərə tələbat artıb. Eyni zamanda, yayın sonunda tələbələr və ölkəmizdə işləyən xarici biznes nümayəndələri paytaxta qayıdırlar”.

 

Onun dediyinə görə, bu fonda kirayə mənzil bazarı əvvəl mövcud olan durğunluqla müqayisədə bir qədər canlanıb: “Təsərrüfat subyektlərinin, eləcə də çoxsaylı iaşə obyektlərinin və qeyri-ərzaq mağazalarının fəaliyyətinin dayandırılması şəhərdə işləyən bölgələrin sakinlərini evlərinə qayıtmağa məcbur etdi. Əlbəttə ki, mövcud vəziyyət kirayə haqqını aşağı saldı, çünki tələb olunmayan mənzil fondunun miqdarı artdı. İqtisadiyyatın bəzi sahələrinin işə başlaması və tədris ilinin başlamasına olan planlar avqust ayında mənzil bazarında tələbatı 20-30% artırdı”.

Elnur Azadov: “Meyarlar dəqiqliklə müəyyən olunmalıdır”

Digər mənzil eksperti Elnur Azadov AYNA-ya şərhində deyib ki, paytaxtın mənzil fondunun icarə bazarındakı sükut, təhsil müəssisələri karantin səbəbindən bağlandığı üçün tələbələrin rayonlara axışmasından qaynaqlanır: “Yeri gəlmişkən, qeyd olunan amil mənzil kirayəsinə tələbin ənənəvi yay azalmasına səbəb olur. İsti mövsüm təkcə yaşayış sahələrinə deyil, həm də kommersiya daşınmaz əmlak bazarının qiymətlərinə təsir göstərir”.

 

“Bazarın şəhər sektorunda bir sakitlik hökm sürürsə, digər bölgələr barədə bunu söyləmək olmaz. Qiymətlərin qalxması və canlanma əsasən Bakının Bilgəh, Novxanı, Şüvəlan kimi ən populyar şəhərətrafı ərazilərində özünü biruzə verir. Düzdür, Türkan, Hövsan və Pirşağı kəndlərində qiymətlər daha aşağı olsa da, yenə də ötən illə müqayisədə insanların cibini yandırır”, – Azadov bildirib.

 

Mütəxəssisin sözlərinə görə, son illərdə burada yay kotecləri xüsusilə populyarlaşdı və buna görə də bağlar günü-gündən bahalaşır: “Bütün problemlərə baxmayaraq, insanlar dincəlməyə çalışırlar və əmlak bazarının iştirakçıları üçün bu, gəlir qazanmaq üçün bir vasitədir. Təhsil müəssisələrinin açılacağı təqdirdə, tələbələrin qayıtması ilə paytaxtın kirayə bazarında da canlanma başlayacaq”.