Bakı bulvarına bu il xaricdən yeni bitkilər gətirilibmi? – BAKI BULVAR İDARƏSİ AÇIQLAMA VERDİ

105

Dənizkənarı Milli Park Bakı sakinlərinin və qonaqların ən çox xoşladıqları gəzinti və istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi məkandır. Hazırda bulvarda çoxlu ağac və gül kolları əkilməklə yaşıllıq zolaqları genişləndirilib.

Təssəüf ki, pandemiya dövründə Bakı bulvarı bir müddət sakinlərə bağlı qaldı. Bəs hər il dekorativ ağaclarla zəngin olan Bakı bulvarına xaricdən bu il yeni bitkilər gətirilibmi?

Hurriyyet.org məsələylə bağlı Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmaraqızıyla əlaqə saxlayıb. O, ümumiyyətlə, hər il bulvarda, mövsümə uyğun ağac və kollar əkildiyini, dekorativ ağac və kolların yerli olduğunu deyib.