Bakı-Şamaxı yolunda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var

    9

    Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb: "Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib".