“Bahar qalxanı” əməliyyatının gizli qəhrəmanı – Türkiyə Əsəd ordusunu belə DARMADAĞIN EDİR

    6

    Türkiyənin İdlibdə başlatdığı “Bahar qalxanı” əməliyyatının gizli qəhrəmanı üzə çıxıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, İdlibdə 34 türk əsgərinin şəhid olmasından sonra başlayan “Bahar qalxanı”nda Əsəd rejiminə ağır zərbələr endirən Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları da nümayiş etdirdi.

    Xüsusilə Rusiya istehsalı olan “Pansir S-1” müdafiə sistemlərinin hərəkət vəziyyətində SİHA-larla (Silahlı Pilotsuz Uçuş Aparatı) vurulması müharibə tarixində ilkə imza atmaq idi. 17 milyon dollar dəyərində olan “Pansir-S1” sistemini bundan əvvəl təkcə İsrail F-16 və F-35 təyyarələri ilə vura bilmişdi. Lakin həmin vaxt raket sistemi işlək vəziyyətdə deyildi. Türkiyə dünyada bu sistemləri işlək vəziyyətdə döyüş təyyarəsi ilə deyil, SİHA-larla vura bilən ilk ölkədir.

    Türkiyə ordusu buna necə nail oldu?

    “Yeni Şəfəq” qəzeti yazır ki, “Bahar qalxanı” əməliyyatında SİHA-ların uğurlu hücumlarına səbəb KORAL sistemidir (Mobil Elektron Hərb Sistemləri).

    Müdafiə sənayesi üzrə mütəxəssis Yusuf Akbaba bildirib ki, KORAL Suriya rejiminin kommunikasiya vasitələrini qarışdıraraq, radarları kor vəziyyətinə salır: “Buna görə də Əsəd rejiminin hava hücumlarından müdafiə sistemləri Türkiyənin İHA və SİHA-larını görə bilmir. Videogörüntülərdən də bəlli olur ki, SİHA-lar “Pansir S-1” sistemini vurarkən, ona yaxınlaşdığı halda radarlar görə bilmir. Bunun səbəbi elektron hərb sistemləri ilə radarların pozulmasıdır”.

    KORAL sistemləri Türkiyənin milli müdafiə sənayesi şirkəti olan ASELSAN tərəfindən yaradılıb.