“Bahar qalxanı” əməliyyatı – ƏSƏDİN QIRICISI VURULDU

9

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir: “Uğurla davam edən “Bahar qalxanı” əməliyyatı çərçivəsində rejimə məxsus olan bir ədəd L-39 tipli hərbi təyyarə vurularaq düşürülüb”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən verdiyi açıqlamada 27 fevral tarixindən başlanmış əməliyyatın gedişində indiyə qədər 2557 nəfər rejim hərbçisinin öldürüldüyünü bildirmişdi.

Hurriyyet.org