Badamdar sürüşmə ərazisində SON VƏZİYYƏT

27

“Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində heç bir aktivlik müşahidə olunmur”.

Hurriyyet.org xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə iş gedir.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ümumilikdə ölkədə sürüşmə zonalarında rezonans doğuran aktivlik müşahidə olunmayıb.