BƏƏ YƏMƏNƏ ORDU YERİTDİ – Baş nazirin olduğu ada mühasirəyə alındı

    6

    Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri Yəmənin Sokorta adasına yeridilib.

    Hurriyyet.org xəbər verir ki, əsgərlər Sokorta limanının ətrafında mövqe tutub.

    Yerli qaynaqlardan verilən məlumata görə, bölgədə olan Yəmən ordusu da limanın içində yerləşib. BƏƏ-nin əsgərləri ilə birlikdə 6 tank da bölgəyə göndərilib.

    Adaya hərbi müdaxilənin edilməsinə səbəb olaraq ölkənin baş naziri Əhməd ibn Dağr və nazirlər heyətinin şənbə günü adaya gəlməsi göstərilib. 2016-cı ilin iyun ayında baş nazir vəzifəsini icra etməyə başlayan ibn Dağr ikinci dəfə Sokorta adasına ziyarət gerçəkləşdirib. BƏƏ isə bu ziyarətlərin ada üzərində hakimiyyət qurmaq məqsədilə təşkil edildiyini iddia edərək bölgəyə hərbi qüvvələrini yeridir./publika.az/