BƏƏ-YƏMƏN BÖHRANI – SƏUDİYYƏ DƏ İŞƏ QARIŞDI

    15

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Ali Komitəsinin Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin onlarla hərbçisinin yerləşdiyi Sokotra Adasına çatdığı bildirilib.

    Yerli mənbələrdən verilən məlumata görə, BƏƏ hərbçilərinin Sokotra adasına gələrək burada yerləşməsindən sonra Yəmən prezidenti Abdurabbu Mansur Hadi Səudiyyə Ərəbistanı ilə əlaqə saxlayıb. Bundan sonra problemin həll edilməsi üçün Səudiyyə Ərəbistanı tərəfindən bir heyətə tapşırıq verildiyi bildirilir. Səudiyyə Ərəbistanı Ali Komitəsi heyəti artıq Sokotra adasının Hadibu şəhərinə çatıb.

    Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri Yəmənin Sokorta adasına yeridilmişdi. Yerli qaynaqlardan verilən məlumata görə, bölgədə olan Yəmən ordusu da limanın içində yerləşib. BƏƏ-nin əsgərləri ilə birlikdə 6 tank da bölgəyə göndərilib. Adaya hərbi müdaxilənin edilməsinə səbəb olaraq ölkənin baş naziri Əhməd ibn Dağr və nazirlər heyətinin şənbə günü adaya gəlməsi göstərilib. 2016-cı ilin iyun ayında baş nazir vəzifəsini icra etməyə başlayan ibn Dağr ikinci dəfə Sokorta adasına ziyarət gerçəkləşdirib. BƏƏ isə bu ziyarətlərin ada üzərində hakimiyyət qurmaq məqsədilə təşkil edildiyini iddia edərək bölgəyə hərbi qüvvələrini yeridib.

    Hurriyyet.org