Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı – YENİLƏNİB

    9

    Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb

    Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il də artırıb. ANS PRESS-in məlumatına görə, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə bağlı pisləşib. Ona görə Aİ Rusiyaya qarşı üç sanksiya paketi tətbiq edib:
    2016-cı il sentyabrın 15-dən qüvvədə olacaq individual sanksiyalar;
    İyulun 31-dək qüvvədə olacaq sektor sanksiyaları;
    İyunun 23-dək qüvvədə olmalı olan Krıma qarşı sanksiya.
    Hazırda müddəti uzadılan sanksiyalar Krıma qarşı olanlardır. Aİ bu sanksiyaların müddətini 2017-ci il iyunun 23-dək uzadıb.
    Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cu il avqustun 5-dək qüvvədə olacaq.
    ***
    18:02
    Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdıAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.
    Hurriyyet.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
    Aİ, həmçinin Krıma qarşı sanksiyaların vaxtını da 2017-ci ilin iyun ayının 23-nə qədər uzadıb.
    Bildirilir ki, belə bir qərar yarımadanın Rusiyanın tərkibinə daxil olmasını tanımamaq strategiyası çərçivəsində qəbul edilib: “Aİ ölkələrinin vətəndaşları və Avropa Şurasındakı şirkətlər bu qərara əməl etməyə borcludurlar”. Sanksiyalarda istənilən Krım məhsullarının Aİ zonasına idxalı, Krım ərazisində Avropa investisiyası, mülklərin alınması, biznesin maliyyələşdirilməsi, turizm daxil olmaqla, digər xidmətlərin qadağan edilməsi nəzərdə tutulur.
    Onu da qeyd edək ki, sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb.
    Ərzaq embarqosu 2016-cı ilin avqustun 5-nə qədər davam edəcək.