BƏƏ-dən İrana qarşı TƏHLÜKƏLİ HƏMLƏ

    3

    BƏƏ İrandan olan şəxs və təşkilatları “Terrorçuları dəstəkləyənlər” siyahısına saldı

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın saksiya siyahısına əlavə edilən iranlı şəxslər və təşkilatlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də “terror havadarları” siyahısına salınıb.

    BƏƏ-nin rəsmi “WAM” agentliyinin yaydığı xəbərə görə, BƏƏ Nazirlər Kabinetinin qərarı ilə bəzi İran vətəndaşları və təşkilatları “terroru dəstəkləyənlər” siyahısına salınıb. Xəbərdə deyilir ki, həmin şəxslər və təşkilarlar həqiqi məqsədlərini gizlədərək, regiondakı sabitliyi sarsıtmaq əməliyyatlarına maliyyə dəstəyi veriblər.

    Bu çərçivədə siyahıya əlavə edilənlərin, İran İnqilabı Keşikçiləri Ordusunun Qüds Qüvvəsinin və bu qüvvələrin köməkçilərinin hesablarına milyonlarla dollar köçürdükləri iddia edilir.

    “QƏRAR BƏƏ İLƏ ABŞ ARASINDAKI SAĞLAM ƏMƏKDAŞLIQ NƏTİCƏSİNDƏ VERİLİB”

    Xəbərdə haqqında söhbət gedən qərarın BƏƏ ilə ABŞ arasındakı sağlam əməkdaşlıq nəticəsində həyata keçirildiyi bildirilir. ABŞ Maliyyə Nazilriyinin dünən verdiyi açıqlamada 6 nəfər ilə 3 qurumun Xarici Aktivlər üzərində Nəzarət İdarəsi (Office of Foreign Assets Control – OFAC) tərəfindən sanksiya siyahısına əlavə edildiyi bildirilmişdi. Açıqlamada həmin 6 nəfərin 3-nün İranda doğulduğu, 3 təşkilatın hamısının İranda qeydiyyata alındığı deyilir.

    ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Amerikanın P5+1 ölkələri tərkibində İranla imzaladığı nüvə müqaviləsindən imtina elədiyini bəyan eləmişdi.

    Trampın qərarının ardından ABŞ Maliyyə Nazirliyi İrana qarşı ilk sanksiya paketinin avqustun 6-da, ikincinisinin isə noyabrın 4-də işə düşəcəyini açıqlamışdı.

    Hurriyyet.org