Bəzək əşyasını xatırladan dəniz canlıları

306

Okean sularının səthində üzən Velella-velella kosmopolit dəniz canlısıdır və Velella cinsinin yeganə növüdür. 7 sm böyüklüyündə olan canlı mavi rəng çalarları ilə göz oxşayır və bütün incəlikləri ilə şüşədən hazırlanmış bəzək əşyasını xatırladır.

Bu canlılar planktonlarla qidalanırlar. Onların üzərində bəzəkli yelkənə bənzər hissə var. Bu yelkənin funksiyası küləyi tutub saxlamaqdır. Velella-velellanın törəmə və həzm orqanları altdakı geniş mavi hissədə olur. Bu hissələrdə havanı süzən yapışqanlı orqanlar var. Velella-velella planktonları bu yapışqanlı hissə və yandırıcı kapsullarla tutur.

Onlar okeanın səthində tək canlı kimi deyil, mikroorqanizm qrupu kimi yaşayırlar. Bu canlılar dəniz sularının səthində sərbəst üzürlər. Koloniya şəklində olmaları onların birlikdə qidalanmalarını və törəmələrini təmin edir.