“Bəyanatda əsas narahatedici məqam Rusiyanın özünü tərəf kimi göstərməsidir” – SƏRDAR CƏLALOĞLU

1560

“Burda əsas narahatedici məqam odur ki, Rusiyanın ikinci bəyanatda özünü tərəf kimi göstərməsidir. Birinci bəyanatda Rusiya özünü tərəf kimi göstərmirdi. Sadecə, birinci bəyanatda  Rusiya iki dövlət arasında atəşkəs rejiminə əməl edilməsi üçün sülhməramlı missiyasını yerinə yetirən dövlət kimi göstərilib. Amma, sonuncu bəyanatda Rusiya özünü tərəf kimi göstərib. Kommunikasiyaların qorunması səlahiyyəti də birtərəfli qaydada Rusiyaya verilir”

Bunu Hurriyyet.org-a müsahibəsində yanvarın 11-də Kremldə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunlarını şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib:

“Ümumiyyətlə, Rusiya bu görüşləri qabaqcadan sürətli və məlum olmayan bir şəraitdə həyata keçirir. Bu da görüşlə bağlı tərəflərin qabaqcadan ciddi şəkildə hazırlaşmasına və ən azı görüşdə müzakirə olunacaq məsələnin ictimaiyyət tərəfindən müzakirə edilməsinə imkan vermir. Rusiya bundan öncəki bəyanatı da gecəyarı tərtib edib və tərəflərə telefon əlaqəsi vasitəsilə qəbul elətdirdi. Kommunikasiyaların açılması bölgədə əlaqələrin inkişafı baxımından çox önəmlidir. Türkiyə, İran, Ermənistan, Gürcüstan və Azərbaycan üçün iqtisadi əlaqələr baxımından uyğundur. Əsas məsələ budur ki, kommunikasiyalar niyə bağlanmışdır?…Kommunikasiyalar Ermənistana qarşı Azərbaycanın tətbiq etdiyi sanksiyalarıydı. Çünki, Ermənistan Azərbaycana qarşı olan iddialarından əl çəkmirdi. Kommunikasiyaların açılması bizim xeyrimizə olmayan nəticələrə gəitirib çıxara bilər. Birincisi, Ermənistan radikal mövqeyində qalacağı təqdirdə, kommunikasiyalar bir tərəfdən Ermənistanı gücləndirəcək. İran-erməni əlaqələri yeni müstəviyə çıxacaq. Ermənistan fürsətdən istifadə edib, silah yığacaq və yenidən əvvəlki yersiz iddialarını qaldıracaq. Qarabağ münaqişəsi də belə başlayıb. Sonradan yolları bağladıq ki, Ermənistan bəlkə iddialarından əl çəkə bilsin. Amma, ümumilikdə götürdük də kommunikasiyaların açılması bölgədəki bütün dövlətlərin maraq dairəsinə uyğundur. Burda əsas narahatedici məqam odur ki, Rusiyanın ikinci bəyanatda özünü tərəf kimi göstərməsidir. Birinci bəyanatda Rusiya özünü tərəf kimi göstərmirdi. Sadecə, birinci bəyanatda  Rusiya iki dövlət arasında atəşkəs rejiminə əməl edilməsi üçün sülhməramlı missiyasını yerinə yetirən dövlət kimi göstərilib. Amma, sonuncu bəyanatda Rusiya özünü tərəf kimi göstərib. Kommunikasiyaların qorunması səlahiyyəti də birtərəfli qaydada Rusiyaya verilir. Faktiki olaraq, Azərbaycan və Ermənistan  kommunikasiyalardan Rusiyanın nəzarəti altıda istifadə edə bilər. Ermənistan və Rusiya bir dövlət kimidir. Amma, Azərbaycan və Rusiya ayrı-ayrı dövlətlərdir. Bizim özümüzün strateji müttəfiqlərimiz və maraqlarımız tamam ayrıdır. Dediyim kimi, burda əsas narahatedici məqam Rusiyanın tərəf rolunda çıxış etməsidir. Sanki, Azəbaycan Rusiya qarşısında öhdəlik götürür. Bu da bizim işimizi çox ağırlaşdırır. Digər bir məqam isə Tükiyənin masa arxasında olmamasıdır. Ola bilər ki, qeyri-rəsmi  olaraq Türkiyə buna razılıq versin. Türkiyə Azərbaycana görə, Ermənistana bütün kommunikasiyaları bağlayıb. Azərbaycan Türkiyə ilə razılaşmadan, öz kommunikasiyalarını açıb? Bu məsələ qaranlıq qalıb. Ümumilikdə Türkiyənin danışıqlardan kənarda qoyulması və görüşün üçtərəfli aparılması düzgün deyil. Necə ki, SSR vaxtında Qarbaçov Azərbaycan və Ermənistan kommunist partiyalarının rəhbərlərini görüşə çağırırdı, hazırda Putin də özünü elə aparır”.

Qeyd: Müsahibəni geniş şəkildə növbəti qəzet buraxılışımızda oxuya bilərsiniz.

YƏHYA