Bəstəkar Nailə Mirməmmədli vəfat edib

549

Nailə Mirməmmədli vəfat edib.

Bunu Hurriyyet.org-a Bakı Dövlət Universtitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Günel Orucəliyeva bildirib. 59 yaşı tamam olan əməkdar incəsənət xadiminin bu gün vəfat etdiyi bildirilir. Bəstəkarın nədən öldüyü ilə bağlı hələ ki, məlumat verilmir.

Qeyd edək ki, Nailə Mirməmmədli 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

YƏHYA