Bəşər Əsərin halı pisləşdi

96

Hurriyyet.org xəbər verir ki, Suriya parlamentinin yenilənmiş Xalq Şurasındakı çıxışı zamanı Suriya prezidenti Bəşər Əsədin halı pisləşib. Təzyiqi aşağı düşdüyü üçün prezidentin çıxışı yarımçıq qalıb.

SANA informasiya agentliyinin xəbərində deyilir: “Prezident Əsəd qan təzyiqinin qəflətən aşağı düşməsi səbəbindən çıxışını yarımçıq kəsib, qısa fasilədən sonra çıxışına davam edib”.

Vəziyyəti yaxşılaşan Əsəd çıxışına davam edib.

19 iyulda keçirilən seçkilərdən sonra Xalq Şurası 10 avqust tarixindən işinə davam edib.