Bəşər Əsəd sərsəmlədi: “Qarabağ münaqişəsinin alovlanmasının səbəbkarı Ərdoğandır”

141

Hurriyyet.org xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd “RİA Novosti” portalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasının əsas səbəbkarı olduğunu iddia edib.

Milyonlarla suriyalıya sığınacaq vermiş Türkiyə dövlətinin Prezidentinə qarşı nankorluq edən B.Əsəd Qarabağ probleminin kökləri ilə bağlı savadsızlığını nümayiş etdirərək deyib: “Ərdoğan bu yaxınlarda  Qarabağda Azərbaycanla Ermənistan arasında başlanmış münaqişəsinin əsas təhrikçisi və təşəbbüsçüsüdür”.