“Bəşər Əsəd ən ağır dövrlərini yaşayır”

33

“Washington Post”: Nə beynəlxalq qanunlar onun tərəfindədir, nə də hərbi gücü var

Suriya Prezidenti Bəşər Əsəd ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana özünün ən çətin dövrünü yaşayır. Bu fikirlər “Washington Post” qəzetində yayımlanan məqalədə yer alır.

Məqalədə qeyd olunur ki, bu çətinlik Bəşər Əsədin öz əmisi oğlu Rami Maklufla aralarındakı yaşanan problemlər, çökən iqtisadiyyat və müttəfiqi Rusiya mediasında onun haqqında yayımlanan tənqidi xəbərlərlə əlaqəlidir: “Əsəd hər nə qədər ölkənin üçdə biri üzərində nəzarəti yenidən ələ keçirsə də, ölkənin cənubunda başlayan yeni iğtişaşlar müxalifət hərəkatlarını canlandıra bilər”.

“Chatham House” düşüncə mərkəzinin rəhbəri Lina Xatip də bununla bağlı “Washington Post”a açıqlama verib. O bildirib ki, Əsəd getdikcə İran və Rusiyanın dəstəyindən daha asılı vəziyyətə düşür: “Vətəndaşların səsini qazanmaq üçün özünə aid heç nəyi yoxdur. Yəni nə beynəlxalq qanunlar onun tərəfindədir, nə də hərbi gücü var. Ona yardım edən heç bir yerli vasitə qalmayıb və həqiqətən də o, hər zamankından daha zəifdir”. \\ AYNA