Bərzanidən PKK-ya ağır sözlər: Əxlaqsızlar!

93
PKK bölgədə baş ağrısına çevrilib.

Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzani liderliyindəki Kürdüstan Demokrat Partiyasının (KDP) bəyanatında bildirilib.

“Dünyada köləlik sona çatsa da, PKK-da davam edir. Kürd partiyalarının əksəriyyəti təhlükələrin fərqindədir və həll yolu axtarmağa çalışır. Ancaq PKK “rəhbərliyi” partiyamızın tarixinə, dəyərlərinə dil uzadır. Bizdən açıqlama tələb edirsiniz. Bizim üçün də baş ağrısına çevrilənlərə niyə cavab verməliyik? Əsl əxlaqsız sizsiniz. Əxlaqsızlıq xalqın mal-mülkünü qəsb etmək və yüzlərlə kəndi viran qoymaqdır”, – məlumatda yazılıb.

Qeyd edək ki, PKK İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzaninin Türkiyəyə səfərinə kəskin etiraz edib. PKK-ya məxsus media orqanı “KDP Ankaranın xidmətində” başlıqlı məqalə paylaşıb.