Bərzani: “PKK Sincarı tərk eləməyib”

351

Hurriyyet.org xəbər verir ki, Şimali İraq Kürd Muxtariyyətinin Baş naziri Mesrur Bərzani deyib: “PKK Sincardan getməyib. Sadəcə, bir neçə saatlığa qiyafəsini dəyişdirib Sincar dağına çəkilib”.

Məsrur həmçinin, Süleymaniyyədəki etirazlarda zorakılıq törədənlərin PKK terror təşkilatı ilə bağlı olduqlarına da işarə vurub.

İnsan itkisi artır

Süleymaniyyə ərazisində ötən həftədən bəri davam edən etiraz nümayişlərində ölənlərin sayı 9 nəfərə çatıb, 100 nəfərdən artıq yaralı var. Partiya və dövlətə məxsus 20 bina yararsız vəziyyətə düşüb.