Bərdədə silahlı insident: 1 yaralı

75

Bərdədə rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.