Bərdədə öldürülən videooperator torpağa tapşırıldı

30

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan videooperator Ehtiram İsmayılov dəfn edilib.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

E.İsmayılov yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, srağagün Ermənistanın Bərdəyə raket atması nəticəsində E.İsmayılov da daxil olmaqla 4 mülki şəxs ölüb, 10 nəfərdən çox şəxs yaralanıb.