SON DƏQİQƏ: Bərdə terrorunda ölənlərin sayı 21-ə çatdı, 70-ə yaxın yaralı var – VİDEO (YENİLƏNDİ)

78

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hurriyyet.org-a Baş Prokurorluqdan verilən məlumata görə, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

***

Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

***

 

***

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Bərdədə baş verən terror aktı ilə bağlı brifinq keçirir.

H.Hacıyev Ermənistanın Bərdənin mülki şəxslərini SMERÇ raketi ilə vurduğunu deyib.

***14:04

İlkin məlumatlara görə, Bərdədə mülki şəxslərə təxminən 10 raket atılıb.

Şəhərdə çoxlu dağıntı, ölənlər və yaralananlar var. Hücumlar şəhərin mərkəzində əhalinin ən sıx olduğu ərazidə həyata keçirilib.

***14:00

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması nəticəsində ölənlər var.

Muxalifet.az xəbər verir ki, azı 5 mülki şəxs ölüb.

***13:38

Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür.