Bədbəxt HADİSƏ: 8 yaşlı uşaq bilmədən bacısını ÖLDÜRDÜ

81

Bərdədə 7 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Qarabağ qəsəbəsində baş verib.

Belə ki, 2012-ci il təvəllüdlü Tağızadə Uğur Asif oğlu valideyninə məxsus avtomobili işə salan zaman 2013-cü il təvəllüdlü bacısı, Tağızadə Dəniz Asif qızını vurub.

Maşınla evin divarı arasında qalan azyaşlı hadisə yerində həlak olub. / Qafqazinfo